“COVID-19-a yoluxan şəxslərin 81 faizdən çoxu xəstəliyi yüngül siptomlarla keçirir. Belə xəstələrin ev şəratində müalicəsi mümükündür”.
Bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
N.Mustafayeva evdə müalicə olunan şəxslərin bəzilərinin müalicədənkənar dərmanlar qəbul etməsi faktına diqqət çəkib: “Bəzi şəxslər tətbiq etdiyimiz müalicədənkənar dərmanlar qəbul edirlər, təhlükəli dərman vasitələrindən, həkim nəzarəti olmadan antibiotik tərkibli dərmanlardan istifadə edirlər. El arasında “sistem” kimi bilinən müalicə vasitələrinə əl atırlar. Bunların həyati təhlükəsi var”.