Türkiyədə üzərinə “Qarabağ Azərbaycandır” yazılmış xatirə sikkəsi tədavülə buraxılıb.

Gümüş pulun bir üzündə Azərbaycanın zəfər rəmzi hesab olunan xarıbülbül simvolu, digər üzündə isə Azərbaycan xəritəsi, bayrağı, ay-ulduz və gerbi əks olunub.

Gümüş sikkənin üzərində həmçinin Ağdam məscidi və Şuşa qalası da təsvir olunub.

50 manat dəyərində olan gümüş pul kolleksionerlərin istifadəsi üçün artıq satışa təqdim edilib.