“National Geographic”in “Instagram” səhifəsində Azərbaycanın işğaldan azad edilən Ağdam şəhərində ermənilərin törətdikləri dağıntıları əks etdirən fotolar paylaşılıb.
Paylaşımında bu yaxınlarda azad edilən Ağdam şəhərinin təxminən 30 il Ermənistanın işğalı altında qalması nəticəsində dağıntılar içində olduğu bildirilir. Vurğulanır ki, 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ağdam işğal olunduqdan sonra şəhərdə məsciddən başqa bütün tikililər dağıdılıb. Uzun sürən münaqişə bir milyondan çox insanın köçkün düşməsinə səbəb olub.