Prezident İlham Əliyev Cəmil Əziz oğlu Əliyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycan Respublikasında səhiyyənin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ordenlə təltif olunub.

Qeyd edək ki, tibb elmləri doktoru, professor C.Əliyev Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktorudur.