Beynəlxalq Türk Mədəniyyət Təşkilatının –TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” açıqlaması ilə bağlı bəyanat yayıb. Bildirir ki,     beynəlxalq və regional təhlükəsizlik problemlərinin son dərəcə vacib olduğu bir dövrdə Amerika Birləşmiş Ştatları Prezidentinin 1915-ci il hadisələrini "soyqırım" kimi qiymətləndirməsini qərəzli və ədalətsiz hesab edir. TÜRKSOY rəhbəri bu bəyanatın, regional sülhə, mədəniyyətlərin yaxınlaşmasına və xalqlar arasında birgəyaşayış faktoruna vurduğu və vuracağı zərərləri diqqət çərək qınadığını və bu hadisələrin heç bir hüquqi əsasının olmadığını vurğulayıb.