Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum gününə həsr edilən “Nəsillərə nümunə ömür yolu” mövzusunda videokonfrans keçirilib.

YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, akademik Zərifə Əliyevanın zəngin elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Oftalmoloq-alim 150-dən artıq elmi əsərin müəllifi olub. Daha sonra akademik haqqında məruzələr dinlənilib.