Prezident İlham Əliyev Mübariz Ağali oğlu Əsgərovun Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Mübariz Ağali oğlu Əsgərov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.