Bu gün Sabunçu rayonunun Ramana və Qaradağ rayonunun “Ümid” qəsəbələrində daha 40 mənzil şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlillərinə təqdim edilib.

Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min, o cümlədən bu il 3 minədək mənzil və fərdi ev veriləcək.