Mayın 18-dən COVID-19-a qarşı peyvəndlənmə zamanı “Sputnik V” vaksinindən də istifadə ediləcək.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib. Həmin vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanacaq. 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd vurdura bilər. Qeyd edək ki, "Sputnik V” vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb.