Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2020-2021-ci il mövsümünün çempionu bəlli olub.

XXVIII turun sonuncu matçında çempion komandanın adına aydınlıq gəlib. Son turadək 57 xalla lider olan "Qarabağ" ondan bir xal az toplayan "Neftçi"nin qonağı olub. "Dalğa Arena"dakı matç 1:0 hesabı ilə “Neftçi” klubunun qələbəsi ilə başa çatıb. Bununla da xalını 59-a çatdıran "Neftçi" "Qarabağ"ın ardıcıl 7 mövsümlük çempionluğuna son qoyub və qızıl medallara yiyələnib. Bu, flaqmanın 9-cu çempionluğu olub.

"Neftçi" UEFA Çempionlar Liqasında iştirakı təmin edib. "Qarabağ" isə 2021-2022-ci il mövsümündə UEFA Konfrans Liqasına qatılacaq.