Bu gün Azərbaycan Televiziyasının efirində “YAŞAT” Marafonu keçiriləcək
Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə təşkil olunan marafonun məqsədi qazilərimizə və şəhidlərimizin ailələrinə dəstək üçün müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirməkdir. Marafon müddətində müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə birbaşa bağlantılar təşkil ediləcək, şəhid ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilərin çıxışları dinləniləcək. Azərbaycan Televiziyasında birbaşa yayımlanacaq Marafonda “YAŞAT” Fondu tərəfindən görülən işlər barədə hesabat təqdim olunacaq.