Bu gündən Azərbaycanda yeni növ koronavirusa qarşı peyvəndlənmə məqsədi ilə vətəndaşlara “Pfizer” vaksini də vurulacaq.

Bakı Sağlamlıq Mərkəzi və Mərkəzi Klinik Xəstəxanada 18 yaşdan yuxarı və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvəndlənə bilər.

Qeyd edək ki, “Pfizer” peyvəndi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.