Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Türkiyəyə səfəri davam edir.

Nümayəndə heyəti xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə iki ölkə arasındakı qardaşlıq münasibətlərinin dünyada analoqu olmadığı vurğulanıb.

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycana çox böyük siyasi və mənəvi dəstək verib.

Türkiyənin təhsil naziri Ziya Selcukla görüşdə isə iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığın mövcud vəziyyəti və perspektivi haqqında fikir mübadiləsi aparılıb.