Azərbaycan Televiziyası Vətən müharibəsinin şəhidləri ilə bağlı bir neçə videoçarx hazırlayıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda lentə alınmış videoçarxda şəhid övladlarının Vətən müharibəsi və ataları ilə bağlı fikirlərinə yer verilib.
Onlar atalarının Vətən yolunda şəhid olduqlarından fəxarət hissi keçirdiklərini vurğulayıblar.
Videoçarxlardan birində Kəlbəcərdə minaya düşərək həlak olan operator Sirac Abışovun və müxbir Məhərrəm İbrahimovun övladları da çəkilib.