Prezident İlham Əliyevin Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunan “Yüksəliş” müsabiqəsinin final mərhələsi keçiriləcək. 

10-11 iyul tarixlərində nəzərdə tutulan final mərhələsinə 112 nəfər iştirak hüququ qazanıb. Finalda peşəkar ekspertlər tərəfindən iştirakçılar 9 səriştə üzrə qiymətləndiriləcək.

Qiymətləndirmədə təqdim olunan tapşırıqlar müasir dünya təcrübəsi əsasında Azərbaycan iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahəsini əhatə edəcək. Final mərhələsinin yekununda 20-ə yaxın qalib elan olunacaq və hər birinə 20 min manat məbləğində qrant təqdim ediləcək.