Azərbaycan Ordusunun bölmələrinin guya Arazdəyən istiqamətinə atəş açması ilə bağlı Ermənistan tərəfinin yaydığı məlumatın heç bir əsası yoxdur.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin məlumatında bildirilib ki, Azərbaycan Ordusunun bölmələrindən qarşı tərəf istiqamətinə atəş açılmayıb.