Ölkəmizdə həyata keçirilən islahatlar arasında vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi mühüm yer tutur. Elə bunun nəticəsidir ki, əhalinin rahat gediş-gəlişini təmin etmək üçün müasir avtobuslar istifadəyə verilir, dayanacaqlar inşa olunur.
Xəbər verdiyimiz kimi, bu gün Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub. Əməkdaşlarımız açılışdan sonra mərkəzdə olub və ərazidə yaşayan sakinlərin fikirlərini öyrəniblər.