Moskvada Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INCOSAI) XXIII Beynəlxalq Konqresi keçirilir. Tədbirdə Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

INCOSAI dünyanın 194 hesablama palatasını özündə birləşdirən beynəlxalq təşkilatdır. Bu il təşkilata sədrlik Rusiya tərəfinə keçir. Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin növbəti üç ildə təşkilatın prezidenti vəzifəsini icra edəcək.

Sentyabrın 28-dək davam edəcək konqresin iştirakçıları “Milli inkişaf məqsədlərinə nail olunmasında auditin rolu” mövzusunda müzakirələr aparacaqlar. Tədbir çərçivəsində panel sessiyaları, strateji sessiyalar keçiriləcək. Konqresdə INCOSAI üzvü olan 170 ölkədən nümayəndələr, ekspertlər, BMT-nin, Dünya Bankının və digər təşkilatların təmsilçiləri iştirak edirlər.