Məcburi köçkünlərin sosial problemlərinin həlli, o cümlədən də mənzil şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu il 6 min məcburi köçkün ailəsinin mənzillə təmin olunması nəzərdə tutulub. Bu məqsədlə həm Bakıda, həm də bölgələrdə yeni qəsəbələr salınır və ya fərdi evlər tikilir. Artıq onların bir qismi istifadəyə verilib. Göygöl rayonunda salınan məhəllədə də tikinti işləri yekunlaşmaq üzrədir.