Azərbaycan oktyabrın 5-9-dək Almaniyanın Köln şəhərində keçiriləcək “Anuga 2019” ərzaq sərgisində təmsil olunacaq.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev sentyabrın 26-da keçirdiyi mətbuat konfransında məlumat verib.
Y.Abdullayev diqqətə çatdırıb ki, qida sənayesi sahəsində fəaliyyət göstərən 25 şirkət sərgidə vahid ölkə stendində iştirak edəcək.