Ölkə başçısının “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” imzaladığı fərmanının icrası olaraq Bakıda bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib. Həmin binalarda kommunal xidmətlər yaxşılaşdırılır. İndiyədək 209 binaya qazın verilməsi təmin olunub.

Paytaxtın müxtəlif ərazilərində çoxmənzilli binalara Mənzil Tikinti Korperativləri tərəfindən qaz xətləri çəkilmədiyindən bu, xüsusən payız-qış mövsümündə, mənzillərin qızdırılmasına maneə yaradırdı. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, dövlət hesabına artıq Abşeron rayonunda da həmin binların qazlaşdırılmasına başlanılıb. Rayonda 4  binada işlər artıq yekunlaşdırılıb və ümumilikdə 639 mənzil qazla təmin edilib.

İlin sonunadək mavi yanacaqla təmin olunmayan digər binaların da qazlaşdırılması nəzərdə tutulur.