Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo-Kartli Borçalı bölgəsinin Marneuli rayonunun Xancığazlı kəndi və Kaspi rayonunun Niqoza kəndi qazlaşdırılıb. “SOCAR Georgia Gas” şirkətinin sifarişi ilə çəkilən qaz xəttinin uzunluğu 7 min 400 metrdir və kəndlərin qazlaşdırılması nəticəsində 127 ailə “mavi yanacaq”la təmin olunacaq. Onlardan 86-sı artıq təbii qazdan istifadə edir.

Qeyd edək ki, bu gün Kvemo-Kartli bölgəsində 117 min 200 ailə təbii qazdan istifadə edir. Ümumiyyətlə, 2009-cu ildən “SOCAR Georgia Gas” Gürcüstanda 11 min 549 kilometrlik qazpaylayıcı şəbəkə tikərək istifadəyə verilib. Bu isə 305 min 389 abunəçini əhatə edir.