"Azərbaycan iqtisadiyyatına indiyədək 260 milyard dollardan çox investisiya qoyulub. Sərmayələrin 50%-i xarici investorların payına düşüb".
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Ağıllı körpü" layihəsinin başa çatması ilə bağlı keçirilən tədbirdə bu barədə məlumat verib.
Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondu və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin təşkilatçılığı ilə reallaşan layihənin məqsədi innovativ sahibkarlığın inkişafını dəstəkləməkdir. "Ağıllı Körpü" layihəsi çərçicəsində bu il avqustun 30-dan sentyabrın 14-dək təlimlər keçirilib.
Sahib Məmmədov deyib ki, bu layihənin əsas məqsədi texnologiyanın transferi, eyni zamanda elmin kommersiyalaşdırılması yolu ilə ölkəmizdə innovativ sahibkarlığın inkişafı, eyni zamanda innovasiya ekosisteminin formalaşmasına töhfə verməkdir:
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin direktoru Park Kumok bu vaxta kimi 10 layihə icra etdiklərini diqqətə çatdırıb: "4 prioritet sahəni əsas tutaraq Azərbaycanla əməkdaşlıq etmişik. Bunlar kənd yerlərinin inkişafı, İKT-nin inkişafı, su resurslarının idarə edilməsi və ictimai idarəetmə sahələridir. İnnovasiya sahəsinə və kənd yerlərinin inkişafına əhəmiyyət verəcəyik. Bu il iki ölkə arsında qrant yardımına dair imzalanan saziş gələcəkdə əməkdaşlığımızı daha da inkişaf etdirəcək".