Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti “YAŞAT” Fondunun təşkil etdiyi “Zəfər” yarmarkasını ziyarət edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonağa noyabrın 9-dək davam edəcək yarmarkanın “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda keçirildiyi barədə məlumat verilib. Bildirilib ki, yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.
Binəli Yıldırım ərazidə quraşdırılan “ASAN ödəniş” terminalı vasitəsilə “YAŞAT” Fonduna 1000 AZN məbləğində ianə edib.