Noyabrın 7-də Azərbaycanda 32 min 940 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 972, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 min 449 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 19 min 519 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 917 min 548, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 997 min 506, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 435 min 80 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 484 min 962 nəfər təşkil edir.