Şuşa üçün daha bir yenilik

Şuşa üçün daha bir yenilik

22 Noyabr, 11:33 Sosial mediada paylaşın:

Bu gündən etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi “ASAN xidmət”in “Mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi” proqramının tətbiqinə başlayıb.

Proqram sənədlərin icrasında operativliyin və effektivliyin artması, müvafiq dövlət qurumları ilə rabitənin möhkəmlənməsinə töhfə verəcək.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov bildirib ki, Şuşa özünün intibah dövrünü yaşayır, şəhərdə irihəcmli infrastruktur layihələri həyata keçirilir, erməni işğalı zamanı dağıdılmış tarixi abidələr bərpa olunur.

Qeyd edilib ki, bir çox yerli və xarici şirkətlər Şuşanın bərpasında iştirakdan qürur duyur, amma bu işlərin operativ təşkili, həm dövlət, həm də özəl şirkətlərlə sənəd dövriyyəsinin müasir formada təmin olunması vacib prioritetlərdən birinə çevrilib. Bu baxımdan qeyd olunan sahədə böyük təcrübə qazanmış “ASAN xidmət”lə əməkdaşlıq vacib mərhələ kimi qiymətləndirilir.

CANLI YAYIM