Azərbaycan Ordusunda və qanunvericilikdə nəzərdə tutulan digər hərbi birləşmələrdə xidmət edən hərbi qulluqçulara pul əvəzinə natural ərzağın verilməsinə başlanılıb.

AZTV.AZ xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Ordusu” qəzeti yayıb.

Nəşr yazır ki, pul əvəzinə natural ərzağın verilməsi könüllü olduğundan bəzi hərbi qulluqçular bu prosesə öz arzusu ilə qoşulublar. Kampaniyanın həyata keçirilməsi məqsədilə Müdafiə Nazirliyinin hərbi hissələrindən birində hərbi qulluqçulara pul əvəzinə natural ərzağın paylanmasına start verilib.

Hərbi qulluqçulara gündəlik ərzaq tələbatının ödənilməsi üçün nəzərdə tutulmuş ərzaqlar - ət, makaron, kartof, soğan, düyü, müxtəlif növ konservlər, qablaşdırılmış süd və başqaları təqdim olunur.