AzTV-də “100 ildə 1”

AzTV-də “100 ildə 1”

22 Dekabr, 15:20 Sosial mediada paylaşın:

AzTV Azərbaycanın koronavirusla mübarizədə dünyaya nümunə olan işləri ilə bağlı xüsusi film hazırlayıb.

Azərbaycan Televiziyasının Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “100 ildə 1” adlı filmdə  koronavirusla effektiv mübarizədə Azərbaycan təcrübəsindən danışılır.

Filmdə qeyd olunur ki, Prezident İlham Əliyev koronavirusla mübarizə ilə bağlı göstərişlər verdi və dərhal onların icrasına başlanıldı. Ölkədə müəyyən qapanmalar və məhdudiyyətlərin tətbiqi də filmdə yer alıb.

“100 ildə 1” filmində bir çox ölkələrdə xəstəxanalarda virusa yoluxmuş şəxslərə yer tapılmadığı halda Azərbaycanda atılmış preventiv addımlara diqqət çəkilir. Bildirilir ki, ölkədə yeni xəstəxanalar istifadəyə verilib.

Ssenari müəllifi və rejissoru Vəfa Ağabalayevanın olduğu “100 ildə 1” filmi bu gün - dekabrın 22-si saat 21:00-da AzTV-də yayımlanacaq.

 

CANLI YAYIM