AzTV-nin daha bir uğurlu filmi... - ANONS

AzTV-nin daha bir uğurlu filmi... - ANONS

18 Dekabr, 10:21 Sosial mediada paylaşın:

"PREZİDENT. Təkrarsız diplomatiya" sənədli filminin 2-ci hissəsi belə adlanır: "PREZİDENT. Suverenliyin bərpası".

Filmin ssenari müəllifi Rüfət Həmzəyevdir.

Filmdə ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində antiterror tədbirləri zamanı hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərməsi, ordumuzun qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etməsi, Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirdiyi ordunun böyük hissəsinin tamamilə məhv edilməsi, hərbi texnikaların sıradan çıxarılması və bununla da Azərbaycanın suverenliyinin bərpa olunması obrazlı şəkildə tamaşaçılara çatdırılır.

Deməli:

Səbr bütün qapıların açarıdır... 

Müdafiə və hücumun vaxtını dəqiq bilənlər tarixə düşür...

Masa üzərində həllini tapmayan məsələlər döyüş meydanında həll olunur...

"PREZİDENT. Suverenliyin bərpası" filmini 24 dekabr saat 22:00-da AzTV-də izləməyi unutmayın.

CANLI YAYIM