11 yanvar Dünya Qoruqlar və Milli Parklar Günüdür.

Bu tarix Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur. Bu günlə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü təşkil edilib. Gün boyu ziyarətçilər Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala və səmərəli gün keçirə bilərlər.

Qeyd edək ki, ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu fəaliyyət göstərir.