Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı AZƏRTAC-a müsahibəsi xarici medianın diqqət mərkəzindədir.
Moldovanın “Noi.md”, Ukraynanın “Asmedia”, Misirin “Əl Masriyə”, “Nile1” portalları, “Asia Əl Yom” informasiya agentliyi və Yaponiyanın “ajmedia.jp” saytında yerləşdirilən materiallarda dövlət başçısının Ermənistanla bağlı fikirləri, eləcə də Ermənistanın hərbi cinayətlərini ifşa etməsi və dünya ictimaiyyətinin də bu cinayətlərə qiymət verməsi ilə bağlı çağırışı barədə oxuculara ətraflı məlumat verilir.
Vətən müharibəsində Ermənistan hərbçilərinin Gəncədə mülki şəxslərə qarşı törətdiyi terror hadisələri, erməni faşisti Njde barədə söylənilən fikirlərə də yer ayrılıb. Dövlət başçısı müsahibəsində İkinci Qarabağ müharibəsi dövründə Gəncənin dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalandığını da diqqətə çatdırıb. Qeyd olunub ki, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır.