Türkiyə Böyük Millət Məclisi (TBMM) “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini təsdiqləyib.

Bəyannamə TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılıb, komissiya tərəfindən yüksək qiymətləndirilib, zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim edilib. Türkiyənin qanunvercilik prosedurlarına əsasən, hər hansı sənədin komissiyadaki təsdiqi ilə parlamentin müzakirəsinə çixarılması arasında ən az 48 saat olmalıdır. Bu prosedura çox nadir hallarda, yəni parlamentdəki əsas partiyalarin sənədə dəstəyi olduğu zaman riayət edilmir. Şuşa Bəyannaməsi də komissiyanın iclasından iki saat sonra məclisin müzakirəsinə çıxarılıb. Bəyannamənin təsdiqi ilə bağlı qanun layihəsinin lehinə 266 deputat səs verib.

Qeyd edək ki, Azərbaycan parlamenti Şuşa Bəyannaməsini fevralın 1-də təsdiqləyib.