Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” işarəsi bəyanatı qardaş Türkiyənin aparıcı KİV-ləri tərəfindən də geniş işıqlandırılıb.
Dövlətimizin başçısının bəyanatında səsləndirilən fikir və ifadələr türkdilli oxuculara geniş şəkildə çatdırılıb. Mövzu ilə bağlı saytlarda geniş həcmli yazılar yayılıb. Xəbərlər oxuculara “Əliyevdən Ermənistana sərt cavab: Qarabağ Azərbaycandır və nida”, “Qarabağ tarixi Azərbaycan torpağıdır” kimi sərlövhələrlə təqdim olunub.