“İran-Azərbaycan əlaqələrində sıçrayış, inkişaf müşahidə edirik. Əlaqələrin inkişafı bütün sahələrdə özünü göstərir”.
Bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ölkələrimizin diplomatik münasibətlərinin 30-cu ildönümünə həsr olunmuş mətbuat konfransında deyib.
Azərbaycan və İran prezidentlərinin Aşqabad görüşünün faydasından danışan səfir bildirib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda da yaxşı əməkdaşlıq edir. Regional əməkdaşlıq “3+3” formatına yaxın gələcəkdə bütün bölgə dövlətlərinin qoşulması ilə güclənəcək.
O, ölkəsinin Zəngəzur dəhlizinin açılması məsələsinə də hörmətlə yanaşdığını deyib. Bildirib ki, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovuşmasında yerləşən Azərbaycanla İran geniş tranzit imkanlarına sahibdir. Ölkələrimiz Şimal-Cənub Dəhlizinin əsas yolunda yerləşirlər. Ona görə də dəhlizdə dəmiryolunun bir hissəsi olan Astara-Rəşt dəmiryolunun tikilməsi üçün konsorsium təşkil oluna bilər.
Səfir iki ölkə Prezidentinin qarşılıqlı səfərlərinin gündəmdə olduğunu deyib.