Məktəblərdə şagirdlər üçün qida bələdçiləri təyin olunacaq.
Bununla bağlı Qida Təhlükəsizliyi İnstitutu tərəfindən UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinə start verilib. Layihə çərçivəsində qida təhlükəsizliyi, COVID 19-un profilaktikasına dair metodiki göstərişlər, sağlam qidalanma ilə bağlı bilik və bacarıqları əhatə edəcək seminar təşkil olunacaq. Uğurlu iştirakçılar qida bələdçisi kimi məktəb bufetlərinin fəaliyyəti, şagirdlərin qida təhlükəsizliyi və sanitar qaydalara əməl olunmasına ictimai nəzarəti həyata keçirəcəklər.