“Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyevin “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır” çıxışına dəstək olaraq Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər Birliyini təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır və nida işarəsi” Beynəlxalq Gənclər Kampaniyasına start verilib.
AZTV.AZ xəbər verir ki, bir ay davam edəcək kampaniya Qarabağın əzəli Azərbaycan torpağı olması faktlarının beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi daşıyır.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bununla bağlı açıqlamasında deyib ki, kampaniya çərçivəsində aşağıdakı haştaqlardan istifadə olunacaq: “Karabakh”, “All for Karabakh”, “Karabakh is Azerbaijan”.
“Qarabağla bağlı həqiqəti əks etdirən video və fotolar bu haştaqlarla sosial şəbəkələrdə paylaşılacaq, sözügedən materiallar beynəlxalq qurumlara göndəriləcək”, - deyə S.Məmmədova qeyd edib.