Çində Azərbaycan multikulturalizmi fənni tədris olunacaq.

Fevral-mart ayları ərzində Pekin Xarici Dillər Universitetinin tələbələrinə ölkəmizin multikulturalizm modeli, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata keçirilməsi, bu modelin mədəniyyətlərarası və dinlərarası dialoqda rolu kimi mövzularda mühazirələr təqdim olunur. Dünyada Azərbaycandan kənarda əcnəbilər üçün ilk və yeganə Azərbaycan dili ixtisası məhz bu universitetdə yaradılıb. 2018-ci ildə Çin ümumrespublika qəbul imtahanı vasitəsilə sözügedən ixtisasa qəbul həyata keçirilib. Hazırda Azərbaycan dili ixtisası üzrə təhsil alan çinli tələbələr dördüncü kursdadırlar.

Azərbaycan multikulturalizmi fənni dünyanın 24 ölkəsinin nüfuzlu universitetlərində də tədris edilir.