Mayın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Bununla yanaşı, telefon danışığı zamanı üçtərəfli formatda əməkdaşlıq məsələləri, regional vəziyyət, o cümlədən Ukrayna ilə bağlı mövzular müzakirə edilib.