Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti pisləşib.
Regionun bəzi ucqar yaşayış məntəqələrinə qar yağıb. Qubanın Qrız kəndində 14 sm hündürlüyündə qar yağıb, havanın temperaturu -1 dərəcəyədək enib. Xınalıq kəndində qarın hündürlüyü 10 sm-ə çatıb.
Ucqar dağ kəndlərində qar yağmaqda davam edir.