AzTV-nin Analitik Qrupu Zaqatala və Şəkidə

AzTV-nin Analitik Qrupu Zaqatala və Şəkidə

14 İyun, 12:50 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Analitik Qrup üzvləri Şəki və Zaqatala rayonlarında şəhər ictimaiyyəti ilə görüşüb.

Görüşlərdə Analitik Qrupun rəhbəri Faiq Hüsiyev, Azərbaycan Radiosunun şöbə müdiri İlham Rəhimli, baş proqram direktor müavini Bəxtiyar Qaraca, Mədəniyyət TV-nin “Səhərçağı” verilişinin baş redaktoru Nəcibə Əlixanova və AzTV-nin “Çıxışa doğru” verilişinin aparıcısı Nailə Babayeva iştirak ediblər. 

Azərbaycan Televiziyasının tamaşaçı auditoriyasının böyük bir hissəsi şimal qərb bölgəsindədir. QSC-nin tərkibindəki hər 3 televiziya kanalının - AzTV, İdman TV və “Mədəniyyət” kanalının verilişləri bu bölgədə maraqla izlənilir, Azərbaycan Radiosu isə daim dinlənilir. Ona görə də Televiziyanın Analitik Qrupunun üzvləri ilə keçirilən görüşlər çox maraqlı alınıb.

Görüşdə Azərbaycan Televiziyasında aparılan islahatlar barədə məlumat verilib və fikir mübadiləsi aparılıb. Xüsusi qeyd edilib ki, tamaşaçılarına müxtəlif sahələrlə bağlı maraqlı verilişlər təqdim edən Azərbaycan Televiziyası həmişəki kimi yenə də ədəbi dilin və milli dəyərlərin qorunmasına xüsusı əhəmiyyət verir. Bununla yanaşı, verilişlər hazırlananda regionlardakı izləyicilərin maraqları da nəzərə alınır.

Analitik Qrup görüşlərdə səsləndirilən fikirlər əsasında təklif və proqnozlar hazırlayacaq.

CANLI YAYIM