Azərbaycan Hərbi Hava və Dəniz qüvvələrinin qatıldığı “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təlimləri başlayıb.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər Konyada keçirilir.

Təlimlərdə Azərbaycanla yanaşı Türkiyə, Böyük Britaniya, İordaniya və Pakistanın Hərbi Hava və Dəniz Qüvvələri də iştirak edir.