Ordumuzun mövqeləri atəşə tutulub

Ordumuzun mövqeləri atəşə tutulub

20 Oktyabr, 19:39 Sosial mediada paylaşın:

Oktyabrın 20-si saat 16:30-dan saat 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bildiriblər ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

CANLI YAYIM