Müasir texnologiyaların yaratdığı imkanlar internet və multimedia şəbəkəsinin əhatə dairəsini sürətlə genişləndirir. Azərbaycanda da informasiya mühiti dəyişir və inkişaf edir.
Mətbuat Şurasında sosial şəbəkə istifadəçiləri və vətəndaş mediası fəalları ilə görüşdə bu barədə müzakirələr aparılıb.
Bildirilib ki, sosial şəbəkə platformalarındakı səhifələr, populyar şəxslər, blogerlər və fərqli düşüncəyə sahib istifadəçilər müxtəlif mövzuları gündəmə gətirməklə azad informasiya və diskussiya şəraitini genişləndirir, cəmiyyət həyatının fəal iştirakçılarına çevrilir. Təəssüf ki, bu platformalardan sui-istifadə halları da müşahidə edilir. Etik qaydalar pozulur, böhtan, təhqir, qərəz dolu məlumatlar paylaşılır.
Ona görə də Mətbuat Şurası sosial media mənsublarını daha diqqətli olmağa çağırır.