“Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, cinsi zorakılığa görə məhkum edilənlər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.
Milli Məclisin Elm və Təhsil Komitəsinin iclasında bu haqda məlumat verilib.
Bildirilib ki, insan hüquqlarının qorunması ilə bağlı müvafiq qanunlara dəyişikliklər təklif edilir. Təkliflər Avropa Şurasının müvafiq Konvensiyasının 6-cı maddəsinə əsasən milli qanunvericiliyin uyğunlaşdırılmasını nəzərdə tutur.
Məktəblərdə təhlükəsizliyin vacibliyi vurğlanıb. Diqqətə çatdırılıb ki, baş verən neqativ hallarla bağlı komitədə dinləmə keçiriləcək. İclasda, həmçinin “Elektron imza və elektron sənəd haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirə edilib.