Dövlət Bayrağı Günü və Azərbaycanın Vətən müharibəsində əldə edilən şanlı zəfərinin ikinci ildönümü münasibətilə İstanbulun iki qitəni birləşdirən Şəhidlər körpüsü, eləcə də tarixi Qalata qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Kompozisiya sakinlər və bu şəhərdə qonaq olan turistlər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, ölkəmizə və qardaşlığımıza aid əlamətdar günlərdə həmrəylik nişanəsi olaraq Boğaz körpüsü və Qalata qülləsinin Azərbaycan bayrağının rənglərinə boyanması ənənə halını alıb.