Sülhməramlıların daha 6 avtomobilinin aksiya ərazisindən sərbəst keçidi təmin olunub

Sülhməramlıların daha 6 avtomobilinin aksiya ərazisindən sərbəst keçidi təmin olunub

19 Yanvar, 12:59 Sosial mediada paylaşın:

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 39-cu günündə də Rusiya sülhməramlılarına məxsus avtomobilləri aksiya ərazisindən maneəsiz hərəkət edirlər.

Hazırda sülhməramlılara məxsus 6 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkətinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

CANLI YAYIM