Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə Ramiz Ənvər oğlu Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilib. 

Ölkə başçısı oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və onu “Heydər Əliyev” ordeni ilə təltif edib.