“Heydər Əliyev ili” çərçivəsində Dövlət Təhlükəsizliyi Xidməti “Heydər Əliyev və təhlükəsizlik orqanları” adlı tədbirləri davam etdirir.
Növbəti belə tədbir Lənkəranda keçirilib. Tədbir iştirakçıları dahi rəhbərin mənalı ömür yolunu əks etdirən fotostendlərlə tanışlıq olublar. Çıxışlarda müasir Azərbaycanın Ulu Öndərin rəhbərliyi ilə keçdiyi inkişaf yolundan söz açılıb. Qeyd edilib ki, təhlükəsizlik orqanları ötən əsrin 50-60-cı illərində görkəmli dövlət xadimi Heydər Əliyevin gərgin səyləri ilə özünün intibah dövrünə qədəm qoyub. Xüsusi xidmət orqanlarının tərkibinin azərbaycanlılaşdırılması, milli təfəkkürlü kadrların təhlükəsizlik təsisatına cəlbi bu orqanların sonrakı fəaliyyətinin uğurlu olmasına zəmin yaradıb.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Televiziyasının birgə ərsəyə gətirdiyi “Konfidensial” layihəsinin növbəti buraxılışı olan sənədli film nümayiş etdirilib. Filmdə Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman onun rəhbərliyi altında keçirilən “Port-Pəhləvi” əməliyyatından bəhs olunur.