Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 28-30 apreldə baş tutacaq "Formula 1" üzrə Azərbaycan Qran Prisi zamanı nəqliyyatın hərəkəti ilə bağlı açıqlama yayıb.
Qurumdan verilən məlumata görə, aprelin 24-də gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyatın hərəkəti 2 may, səhər saat 08:00-dan etibarən bərpa olunacaq.