Heydər Əliyev Naxçıvandan Bakıya necə gəldi? - AzTV Qurtuluş Günü ilə bağlı film çəkdi – VİDEO

Heydər Əliyev Naxçıvandan Bakıya necə gəldi? - AzTV Qurtuluş Günü ilə bağlı film çəkdi – VİDEO

16 İyun, 17:45 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Milli Qurtuluş Gününə həsr olunan film hazırlayıb.

Kinoproqram redaksiyasında ərsəyə gələn "Qurtuluşa doğru" filmi Ümummilli lider Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişindən bəhs edir.

Hadisələrin iştirakçıları o dövrdə olan prosesləri filmdə dilə gətiriblər.

Filmdə bir maraqlı məqam da budur ki, Ulu öndəri Naxçıvandan Bakıya gətirən təyyarənin pilotu sözügedən hadisələri Azərbaycan Televiziyasına ilk dəfə danışacaq. Təyyarə hansı şəraitdə Bakıdan göndərilib? Naxçıvanda o zaman vəziyyət necə idi? Hava limanında hansı təhlükələr var idi? Heydər Əliyev hansı şəraitdə təyyarəyə minib? 30 illik fasilədən sonra bu hadisələr tam təfərrüatı ilə AzTV-də eksklüziv olaraq xatırlanacaq.

Filmin rejissoru Rəna Yunisli, ssenari müəllifi Afaq Vasifqızı, operatoru Cavid Əliyev, montaj rejissoru Zurab Salmanoğludur. Layihənin rəhbəri isə Elnur Məmmədovdur.

CANLI YAYIM